“Oskar” mükafatının 90-cı təqdimat mərasimində

5 Mart 2018 16:47

Xəbər 258 dəfə oxunub

“Suyun forması” filmi “Oskar” mükafatının 90-cı təqdimat mərasimində “Ən yaxşı film” nominasiyasında qalib gəlib. 2017-ci ildə kinematoqraf sahəsində xidmətlərə görə Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimat mərasimi martın 4-də Los-Anceles şəhərində, Hollivudun dünya şöhrətli “Dolbi” teatrında keçirilib. Mərasimi komik aktyor Cimmi Kimmel aparıb.Sem Rokuel “Ebbinqin sərhədində üç bilbord, Missuri” filmindəki roluna görə “Ən yaxşı ikinci dərəcəli aktyor”; Ellison Henni “Tonya hamıya qarşı” filmindəki roluna görə “Ən yaxşı ikinci dərəcəli aktrisa”, Heri Oldman “Qaranlıq zamanlar” filmində Uinston Çörçil roluna görə “ Ən yaxşı aktyor”, Frensis Makdormand “Ebbinqin sərhədində üç bilbord, Missuri” filmində Mildred Heyz roluna görə “Ən yaxşı aktrisa” nominasiyalarında qalib gəliblər.Bundan əlavə, “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında “Əziz basketbol”, “Ən yaxşı tammetrajlı animasiya filmi” nominasiyasında “Kokonun sirri”, “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında “Cənnət 405-ci şosedəki tıxacdır”, “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “İkar”; “Ən yaxşı qısametrajlı bədii film” nominasiyasında “Lal uşaq”, “Xarici dildə ən yaxşı film” nominasiyasında çilili rejissor Sebastyan Lelionun “Fantastik qadın” filmləri “Oskar”a layiq görülüblər.Cordan Pil “Rədd ol” filminin ssenarisinə görə “Ən yaxşı orijinal ssenari”, bəstəkar Aleksandr Despla “Suyun forması” filmi üçün yazdığı musiqiyə görə “Ən yaxşı film musiqisi”, Kristen Anderson-Lopes və Robert Lopes “Kokonun sirri” filmi üçün yazdıqları ”Remember Me” (“Məni xatırla”) mahnısına görə “Ən yaxşı film mahnısı”, meksikalı rejissor Gilyermo Del Toro “Suyun forması” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyalarında “Oskar” mükafatının qalibi olublar.xeber100.com

Reklam

Prezident seçkilərinin birinci turunun son nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb.Azərtac xəbər verir ki, MSK 53 min 847 bülleteni etibarsız sayıb. Amma bu, ümumi nəticələrə təsir etməyib.MSK-nın məlumatına görə, ümumi seçicilərin 46,83 faizi və ya 1 milyon 677 min 878-i səsvermədə iştirak edib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. Onun lehinə 615 min 572 nəfər səs verib.“Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Onu 601 min 224 seçici dəstəkləyib.Müxalifətin digər namizədi David Bakradze 10,97 faiz səs toplayıb (174 min 849). Digər namizədlər isə 3 və daha az faiz səs toplayıblar.Beləliklə, noyabrın 28-nə təyin olunmuş ikinci turda Salome Zurabişvili ilə Qriqol Vaşadze prezidentlik uğrunda mübarizə aparacaqlar.İkinci turda 3705 seçki məntəqəsi, o cümlədən xarici ölkələrdə 55 məntəqə fəaliyyət göstərəcək.Əfqanıstanda sülhməramlı qüvvələrdə iştirak edən gürcü hərbçilər noyabrın 26-da səs verəcəklər.Bununla da Gürcüstan vətəndaşları sonuncu dəfə birbaşa səsvermə ilə 6 il müddətinə ölkənin 5-ci prezidentini seçəcəklər.Gürcüstanın yeni prezidentinin andiçmə günündə yeni Konstitusiya da qüvvəyə minəcək. Yeni Konstitusiyaya görə, 2024-cü ildə prezidenti parlamentdə 300 nəfərdən ibarət seçilmiş şəxslər (deputatlar, bələdiyyə sədrləri və sakrebul rəhbərləri) seçəcəklər.xeber100.com

Noyabr 16, 2018 13:27