Parlament seçkiləri üçün bütün hazırlıqlar başa çatıb

18 Oktyabr 2018 13:18

Xəbər 99 dəfə oxunub

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının mətbuat katibi Sayed Hafizullah Haşimi oktyabrın 18-dən başlayaraq seçki kampaniyasının qadağan olunduğunu bildirib.Anadolu informasiya agentliyi xəbər verir ki, lazımi texniki qurğuların seçki mərkəzlərinə göndərildiyini deyən Haşimi seçki ilə bağlı bütün hazırlıqların başa çatdığını vurğulayıb. Bundan sonra namizədlər seçki mərkəzləri qarşısındakı təbliğat plakatlarını götürməsələr cərimə olunacaqlar.Əfqanıstanın daxili işlər naziri Veyis Bermek seçkilərdə təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirlərin görüləcəyini deyib. Onun sözlərinə görə, seçki günü ölkə ərazisində 56 min təhlükəsizlik xidməti əməkdaşı xidmət göstərəcək.Seçki komissiyası parlament seçkilərində 417-si qadınlar olmaqla, ümumilikdə 2565 nəfərin namizədliyini qeydə alıb. Ölkədə 5100 seçki mərkəzində 21 min seçki qutusu qoyulacaq. Terror təşkilatlarının nəzarətindəki bölgələrdə seçki keçirilməyəcək.Qeyd edək ki, ölkədə qeyri-sabitlik səbəbindən iki illiyə təxirə salınmış parlament seçkiləri bu il oktyabrın 20-nə təyin olunub. Əfqanıstan parlamentinə seçkilər sonuncu dəfə 2010-cu ildə keçirilmişdi.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17