Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

17 Yanvar 2018 12:33

Xəbər 391 dəfə oxunub

Yanvarın 17-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iki ölkənin dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, münasibətlərimizin hazırkı səviyyəyə çatmasında hər iki ölkənin prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərini xüsusi vurğulayıb.Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır da Türkiyə-Azərbaycan münasibətlərinin sürətli inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən söz açıb. Qeyd edib ki, TANAP, TAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın uğurlarıdır. 2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir, bu il də müxtəlif tədbirlər, layihələr həyata keçiriləcək.Qonaq bir neçə gündən sonra Azərbaycanda qeyd olunacaq 20 Yanvar faciəsi barədə də danışıb. Azərbaycanın həmin faciə zamanı çoxsaylı şəhid verdiyini deyən Volkan Bozkır azadlıq, müstəqillik yolunda canlarından keçən insanlara görə Azərbaycan xalqına başsağlığı verib. O, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inandığını deyib, bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.xeber100.com

Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Parisə işçi səfəri zamanı UNESKO Baş direktorunun prioritet Afrika və xarici əlaqələr üzrə müavini Eduard Matoko ilə görüş keçirib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə Azərbaycan-UNESKO əməkdaşlığının cari vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.E.Sultanov Azərbaycanın UNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb.Bu il Milli Komissiyanın yaradılmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş katib bu münasibətlə ölkə daxilində və xaricində keçirilən silsilə tədbirlər haqda məlumat verib. Bundan əlavə, o, Milli Komissiyanın UNESKO Katibliyi və üzv ölkələrin Milli Komissiyaları ilə əməkdaşlığı barədə bəhs edib.Öz növbəsində, E.Matoko Azərbaycan-UNESKO əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, Azərbaycanın UNESKO-nun dəyər və ideyalarına daim sadiq olduğunu bildirib. O, Milli Komissiyanın yaradılmasının 25 illiyi münasibətilə təbriklərini ifadə edib və UNESKO proqramlarının reallaşdırılmasında Milli Komissiyanın önəmli rolunu vurğulayıb.Cari ilin 30 iyun-10 iyul tarixlərində Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin mühüm hadisə olduğunu qeyd edən E.Matoko tədbirin uğurla keçəcəyindən əminliyini ifadə edib.Sonda E.Sultanov Milli Komissiyanın loqosunun həkk olunduğu xatirə hədiyyəsini E.Matokoya təqdim edib.Görüşdə Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov da iştirak edib.xeber100.com  

İyun 19, 2019 17:07

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

İyunun 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəliyə “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum müxtəlif ölkələrin hərbi tibb xidmətləri arasında əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyıb. Həm müharibə şəraitində, həm də sülh dövründə əməkdaşlıq vasitəsilə ölkələrin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən bəhrələnməsi vacib bilinib.1920-ci ildə ABŞ Tibb Xidməti Zabitlər Assosiasiyasının toplantısında bu məsələnin nizamlanması təklif edilib. Belçika hökuməti konsepsiyanın praktiki inkişafını dəstəkləyib və 1921-ci ildə Brüsseldə 1-ci Beynəlxalq Hərbi Tibb və Əczaçılıq Konqresləri Daimi Komitəsinin əsası qoyulub. Müxtəlif illərdə adı fərqli olub. 1990-cı ildə Beynəlxalq Hərbi Tibb Komitəsi adlandırıldı.Qeyd olunub ki, bu Nizamnamədə həmin komitənin vəzifələri, əməkdaşlığın formaları göstərilib və üzv dövlətlərin öhdəlikləri müəyyən olunub. Qanun layihəsi Azərbaycanın milli maraqlarına uyğundur.Deputatlar qanun layihəsini yüksək qiymətləndiriblər.Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

İyun 19, 2019 17:04

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirliyin mətbuat xidmətindən Azəörtac-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlər üzrə mövcud olan qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinə dair, o cümlədən yeni ikitərəfli Saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivləri və s. mövzular üzrə ətraflı fikir mübadiləsi aparıblar.Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı durumu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Xarici İşlər nazirləri səviyyəsində keçirilmiş son görüşlər, eləcə də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat əməlləri ilə bağlı Aİ komissarını məlumatlandırıb. Bölgədə dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması üçün münaqişənin həlli və ölkələrin bir-birlərinin beynəlxalq tanınmış sərhədlərinə hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.xeber100.com

İyun 13, 2019 20:37