“Philippine Star” qəzeti yazır…

5 Sentyabr 2018 14:15

Xəbər 174 dəfə oxunub

Filippinin Sebu əyalətində naməlum şəxslər Ronda şəhərinin merini güllələyib.Azərtac xəbər verir ki, “Philippine Star” qəzetinin yaydığı məlumata görə, dörd silahlı şəxs mer Mariano Blankonun ofisinə soxularaq işçilərə yerə uzanmağı əmr edib. Sonra atəş səsləri eşidilib və silahlı şəxslər cinayət yerindən uzaqlaşıblar. Polis hadisə yerinə gəldikdə Blanko artıq həyatını itirmişdi.Filippində iyul ayında da iki oxşar hadisə baş vermişdi. Narkotik vasitələrin ticarətində şübhəli bilinən şəxslərin utancverici yürüşünü təşkil edən Tanavan şəhərinin meri Antonio Xalili məmurlar himn ifa etdikləri zaman güllələnmişdi. Generala bələdiyyəsinin meri Tinio Ferdinand Bote isə Nueva-Esiha əyalətində öz avtomobilində qətlə yetirilmişdi.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23