Portuqaliya yığmasının ilkin heyəti açıqlanıb

16 May 2018 12:10

Xəbər 24 dəfə oxunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə Qızıl Avropa Liqasının “A” qrupunda mübarizə aparacaq Portuqaliya yığmasının ilkin heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Manuel Almeyda ilkin heyətdə Beatriş Baştu, Ana Foneşka, Daniela Lureyru, Joana Resende, Ana Koutu, Eliana Durau, Mariana Lopeş, Vanessa Rodriqeş, Eduarda Duarte, Nuria Lopeş da Silva, Karina Moura, Neuşa Netu, Alin Rodriqeş, Juliana Antuneş, Barbara Qomeş, Fabiola Qomeş, Ana Quveya, Marta Hurst, Yuliya Kovalenko, Patrisiya Leal, Maria Lopeş, Maria Mayyu və Ana Valeyə yer verib.Turnirin “A” qrupunda Azərbaycan və Portuqaliya yığmalarından başqa, Ukrayna və Bolqarıstan milliləri də mübarizə aparacaq.Qeyd edək ki, qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcək. “B” qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, “C” qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.xeber100.com

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53