Prezident seçkiləri ilə bağlı səsvermə keçirilib

23 Oktyabr 2018 12:07

Xəbər 188 dəfə oxunub

Vyetnam Sosialist Respublikasının parlamenti oktyabrın 23-də səhər saatlarında prezident seçkiləri ilə bağlı səsvermə keçirib.TASS informasiya agentliyi xəbər verir ki, səsvermənin nəticələrinin günün ikinci yarısında elan ediləcəyi gözlənilir. Bundan sonra yeni prezident xalqa, dövlətə və Vyetnamın hakim Kommunist Partiyasına sədaqət andı içəcək.Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin 74 yaşlı baş katibi Nquen Fu Çonq prezident postuna yeganə namizəddir.Xatırladaq ki, Vyetnamın dövlət başçısı postu sentyabrın 21-də prezident Çan Day Kuanqın vəfatından sonra boş qalmışdı. Vyetnam konstitusiyasına əsasən, prezidentin ölümündən sonra bu vəzifə müvəqqəti olaraq vitse-prezident Danq Thi Nqok Thinə həvalə edilmişdi.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23