Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

12 Aprel 2018 15:29

Xəbər 89 dəfə oxunub

Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.Azərtac xəbər verir ki, Məzahir Pənahov 125 seçki dairəsi üzrə 5 min 641 məntəqənin hamısından məlumatların MSK-nın İnformasiya Mərkəzinə daxil olduğunu söyləyib. O, seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğunu deyib.SK sədri qeyd edib ki, seçki qutularından çıxarılmış seçki bülletenlərinin sayı 3 milyon 962 min 96, etibarsız hesab edilmiş səslərin sayı 12 min 490 (0,32 faiz), etibarlı hesab edilmiş səslərin sayı isə 3 milyon 949 min 606-dır (99,68 faiz). Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında aşağıdakı kimi bölünüb:

Əliyev İlham Heydər oğlu – 3 milyon 397 min 664 səs (86,03 faiz);

Əlizadə Araz Məmməd-Mübariz oğlu – 54 min 603 səs (1,38 faiz);

Hacıyev Hafiz Ələmdar oğlu – 59 min 977 səs (1,52 faiz);

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 119 min 390 səs (3,02 faiz);

Quliyev Fərəc İbrahim oğlu – 46 min 10 səs (1,17 faiz);

Məmmədov Sərdar Cəlal oğlu – 119 min 674 səs (3,03 faiz);

Nurullayev Razi Qulaməli oğlu – 29 min 282 səs (0,74 faiz);

Oruc Zahid Məhərrəm oğlu – 123 min 6 səs (3,11 faiz).

Bu, ilkin nəticələrdir. Bu gündən artıq MSK-ya dairə seçki komissiyalarının rəsmi protokolları daxil olmağa başlayıb. Bu protokollar qəbul ediləcək, sənədlər araşdırılacaq, qanunvericiliyin tələbinə uyğun olaraq səsvermənin yekun protokolu hazırlanacaq, qərar qəbul ediləcək və bütün sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək.Məzahir Pənahov qeyd edib ki, səsvermə qanunauyğun keçirildi. Seçkiləri izləyən çoxlu sayda beynəlxalq və yerli müşahidəçi bütün bölgələrdə məntəqələrdə müşahidələr aparıb və nəticələri kütləvi informasiya vasitələrinə açıqlayıb. Bütün müşahidəçilərin seçki prosesi ilə bağlı fikirləri müsbətdir. Hətta kifayət qədər nüfuzlu beynəlxalq qurumlar seçkilərə hazırlığı və prosesin özünü nümunəvi təşkil olunmuş proses kimi qiymətləndiriblər. Müşahidəçilər, yerli və beynəlxalq KİV-lər hansısa pozuntu faktları ilə rastlaşmadıqlarını bildiriblər. Bu seçkilər Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi. Bu günlərdə artıq rəsmi protokolların qəbul olunması prosesi başa çatdırılacaq və Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri ictimaiyyətə açıqlayacaq.xeber100.com

Reklam

Dağlıq Qarabağ məsələsi müzakirə olunub

Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb.Azərtac-ın verdiyi məlumata görə, deputat ATƏT-in üzv dövlətlərin ərazi bütövlüyünü qeydsiz-şərtsiz dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib.ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb. O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin sualına cavab verərkən deyib ki, həlli indiyədək uzadılan münaqişələrin tənzimlənməsində tərəqqiyə nail olmaq üçün İtaliya sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır. O, məlumat verib ki, azərbaycanlı həmkarının danışıqlar prosesini irəlilətmək məqsədilə Minsk konfransını çağırmaq barədə təklifi də nəzərə alınıb.xeber100.com

İyul 8, 2018 14:37

ATƏT PA-nın 27-ci illik sessiyası işinə başlayır

Bu gün ATƏT PA-nın 27-ci illik sessiyası işinə başlayır.APA-nın xəbərinə görə, Berlində keçiriləcək sessiya 7-11 iyul tarixlərində davam edəcək.Təşkilatın komitələrində hərbi-siyasi sahədə ATƏT-in öhdəlikləri, münaqişələrin həlli yolları, terrorizmlə mübarizə, iqlim dəyişiklikləri, münaqişələrin ətraf mühitə təsiri, rəqəmsal texnologiyaların inkişafı, fövqəladə hallarda insan haqları, qaçqın və miqrantların hüquqları və digər məsələlər müzakirə olunacaq.Sessiyada “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu ətrafında müzakirələr aparılacaq. Tədbirdə Azərbaycan tərəfinin “Nəqliyyat şəbəkələrinin inkişafı, o cümlədən Qədim İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi” adlı qətnamə layihəsi təqdim ediləcək. Toplantıda, həmçinin, “Terrorizmin, ekstremizmin qarşısının alınması”, “ATƏT regionunda müharibə və nifrətin təbliğinə qarşı mübarizə”, “Gənclərin hərtərəfli inkişafı üçün imkanların yaradılması yolu ilə sülhün və təhlükəsizliyin təşviqi”, “Gender zorakılığı ilə mübarizə”, “ATƏT-in səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində öhdəliklərin təsdiq edilməsi” adlı qətnamələr və digər sənədlər qəbul ediləcək.Təxminən 300 parlamentarinin iştirakı gözlənilən sessiyanın yekununda milli hökumətlərin, parlamentlərin və beynəlxalq ictimaiyyətin siyasi məsələlər, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan hüquqları sahəsində siyasətini formalaşdırmağa kömək edəcək Berlin Bəyannaməsi qəbul ediləcək.Sessiya çərçivəsində ATƏT PA-ya prezident və vitse-prezident seçkiləri də keçiriləcək.Eləcə də Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndə Kristin Vigenin yerinə yeni nümayəndənin təyin olunması gözlənilir.Qeyd edək ki, Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat təşkilatın illik sessiyasında iştirak etmək üçün Almaniyanın paytaxtı Berlinə səfər edib.Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Ülviyyə Ağayeva, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə daxildirlər.xeber100.com

İyul 7, 2018 20:35

Avropa Parlamenti yeni ikitərəfli sazişə dair qətnamə qəbul edib

İyulun 4-də Avropa Parlamenti (AP) tərəfindən Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qətnamə qəbul edilib.Qətnamənin əvvəlində 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsi, beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyası qeyd olunur, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə edilir, 2017-ci il üzrə AP-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinadlar yer alır.Sənədin 5-ci bəndində yeni sazişin məhz Aİ və Ermənistan Respublikasının ərazisini əhatə etdiyi vurğulanır və bunun ardınca Avropa Komissiyasına Ermənistan vasitəsilə hər hansı məhsulun qanunsuz şəkildə Avropa İttifaqına ixracının qarşısını almaqla bağlı çağırış edilir. Beləliklə, işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına AP tərəfindən etiraz ifadə edilir. Digər tərəfdən, qətnamədə seçkilərin saxtalaşdırılması, oliqarxik vəziyyət, korrupsiya, ədliyyə sahəsində problemlərə dair çoxsaylı məsələlər əhatəli şəkildə əks olunur. Həmçinin insan hüquqları və media azadlığı, jurnalistlərin təqib olunması, gender bərabərliyi və sair sahələr üzrə tənqidi mövqe ortaya qoyulub.Sənədin sonunda isə Ermənistanda hələ də fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyası ilə bağlı Avropa Parlamentinin ciddi narahatlığı vurğulanır.Həmçinin Azərbaycanla bağlı sənəd də qəbul edilib. Sənəddə qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunub və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.  

İyul 5, 2018 16:23