Prezidentliyə namizədlərin növbəti reytinqi açıqlanıb

11 Yanvar 2019 12:14

Xəbər 36 dəfə oxunub

Ukraynada prezidentliyə namizədlərin növbəti reytinqi açıqlanıb.Azərtac xəbər verir ki, Ukraynanın Təhlil və Proqnozlaşdırma İnstitutunun dekabrın 26-sı və yanvarın 4-də paytaxt Kiyev və 24 vilayətdə apardığı sorğunun nəticələrinə görə, Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko (19,3 faiz) səsvermədə iştirak edənlərin daha çox səsini qazanıb. İlk dördlüyü isə şoumen Vladimir Zelenski (12,9 faiz), Ali Radada müxalifət blokunun lideri Yuri Boyko (11,6 faiz), hazırkı prezident Petro Poroşenko (11,3) tutur. Sorğuda 2016 respondent iştirak edib.Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17