“Pxençan-2018” Paralimpiya Oyunlarının dördüncü günündə…

13 Mart 2018 12:02

Xəbər 187 dəfə oxunub

Martın 12-də – “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının dördüncü günündə 9 dəst medalın sahibləri müəyyənləşib.Azərtac xəbər verir ki, paralimpiyaçılar sərbəst xizəkçilik və snoubord yarışlarında medallar uğrunda yarışıblar.Oyunların dördüncü günündə sonubordun kross növü yarışları keçirilib.Krossun “SB-LL1” kateqoriyasında qadınların mübarizəsində ilk iki pilləni ABŞ idmançıları tutublar. Brenna Hukabi birinci, Emi Purdi ikinci olublar. İlk üçlüyü Fransa təmsilçisi Sisile Hernandez tamamlayıb.Kişilərin “SB-UL” kateqoriyasında Avstraliya təmsilçisi Simon Patmore “Pxençan-2018”in qalibi olub. İtaliya idmançısı Manuel Pozzerle yarışı ikinci, ABŞ atleti Mayk Minor isə üçüncü pillədə başa vurublar.“SB-LL2” kateqoriyasında qadınların yarışlarında Niderland paralimpiyaçıları Bibian Mentel-Spi və Liza Bunşoten ilk iki pillədə yer alıblar. İspaniyalı Astrid Fina Paredes bürünc medal qazanıb.Kişilərin “SB-LL1” kateqoriyasında ABŞ atleti Mayk Şultz fərqlənib. Niderland təmsilçisi Kris Vos ikinci, digər ABŞ idmançısı Noah Elliott isə üçüncü olublar.“SB-LL2” kateqoriyasında kişilərin mübarizəsində finlandiyalı Matti Suur-Hamari Paralimpiya çempionu adını qazanıb. ABŞ idmançısı Keit Qabel gümüş, yaponiyalı Qurimu Narita bürünc medal əldə ediblər.Sərbəst xizəkçilik yarışlarında kişilərin 20 kilometr məsafəyə ayaq üstə mübarizəsində ukraynalı İqor Reptyux 44 dəqiqə 52 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Fransalı Benjamin Daviet və Norveç xizəkçisi Hakon Olsrud ilk üçlüyü tamamlayıblar.Görmə qabiliyyəti zəif olan kişilərin 20 kilometr məsafəyə yarışlarında Kanada idmançısı Brayn MkKiver 46 dəqiqə 2 saniyə nəticə ilə Paralimpiya çempionu olub. Belarus təmsilçiləri Yuri Xolub gümüş, fransalı Tomas Klarion isə bürünc medal qazanıblar.Görmə qabiliyyəti zəif olan qadınların 15 kilometr məsafəyə mübarizəsində belaruslu Svetlana Saxanenko 49 dəqiqə 11 saniyə nəticə ilə çempion adına sahib olub. Ukrayna xizəkçisi Oksana Şişkova gümüş, Paralimpiya bayrağı altında çıxış edən rusiyalı atlet Mixalina Lisova isə bürünc medal əldə ediblər.Qadınların 15 kilometr məsafəyə ayaq üstə mübarizəsində Rusiya idmançıları – Yekaterina Rumyantseva (49 dəqiqə 37 saniyə) və Anna Milenina ilk iki yerdə qərarlaşıblar. Ukraynalı Ludmila Liaşenko isə yarışda üçüncü olub.“Ağ Paralimpiada”nın dördüncü gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 6 qızıl, 5 gümüş və 4 bürünc medal var. Ümumilikdə 21 ölkədən idmançılar medalçılar arasında yer alıblar.Fransa (3-3-3) ikinci, Ukrayna (3-2-4) üçüncü, Rusiya (3-2-1) dördüncü, Kanada (3-1-3) isə beşinci pillədə qərarlaşıb.xeber100.com

Reklam

Futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısı açıqlanıb

UEFA 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısını açıqlayıb.Azərac xəbər verir ki, səfirlər gələn ilin yayında təşkil olunacaq çempionatın təbliğat kampaniyasında iştirak edəcəklər.Müxtəlif ölkələri təmsil edən səfirlərin siyahısında Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deko (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Dessayi (Fransa), Yuri Corkayef (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yurgen Klinsmann (Almaniya), Patrik Klyuvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaijka Mendiyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nuno Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (Çexiya), Karles Puyol (İspaniya), Rikardo Karvalyo (Portuqaliya), Peter Şmeyhel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmiçer (Çexiya), David Trezeqe (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya) və Canluka Zambrotta (İtaliya) yer alıblar.Avropa çempionatının 60 illik yubileyi münasibətilə turnirin tarixində ilk dəfə olaraq “Avro 2020”nin final mərhələsi qitənin 12 müxtəlif ölkəsində təşkil olunacaq. Bakı Olimpiya Stadionu “Avro 2020”nin qrup mərhələsində üç, 1/4 final mərhələsində isə bir oyununa ev sahibliyi edəcək.xeber100.com

Mart 22, 2019 14:46

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27