“Qəbələ” futbol komandası növbəti transferini gerçəkləşdirib

5 İyul 2019 16:50

Xəbər 31 dəfə oxunub

2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası növbəti transferini gerçəkləşdirib.Azərtac klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.İyirmi səkkiz yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Kristian futbol həyatına “Toumodi” klubunda başlayıb. O, 2007-ci ildə “Anderlext” Futbol Akademiyasına transfer olub və üç il gənclər komandasında top qovub. 2010-cu ildə “Anderlext”dən ayrılan forvard “Muanqtonq Yunayted”lə (Tailand) müqavilə bağlayıb. K.Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. Uğurlu oyunu ilə fərqlənən Kristian Fransanın “Tours” klubuna transfer edilib. Həmin komandanın uğurları üçün üç mövsüm oynayan hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb.Sonra K.Kouakou Fransada “Kaen” və “Nimes Olimpik” kollektivlərinin formasını geyinib. Forvardın sonuncu komandası Çexiyanın “Karvina” klubu olub.Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatıb.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15