“Qəbələ”klubunun məşqçilər korpusunda dəyişikliklər olub

8 Yanvar 2019 19:57

Xəbər 43 dəfə oxunub

2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları Bakıda davam etdirən “Qəbələ”nin məşqçilər korpusunda dəyişikliklər olub.Trend-in məlumatına görə, “qırmızı-qaralar” serbiyalı məşqçi Miloş Yevtiçlə yollarını ayırıb.Bundan başqa, Zaur Həşimov “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.Z.Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. Komandanın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.xeber100.com

Reklam