Qətər hökuməti daha bir yardım layihəsi imzalayıb

12 Mart 2019 15:11

Xəbər 124 dəfə oxunub

Qətər hökuməti Qəzzaya daha bir yardım layihəsi imzalayıb.Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi Doha Qəzzada yanacaq anbarı, komissiya mərkəzi və məscid tikintisi üçün 1,7 milyon dollar ayırıb. Ayrılan vəsaitin 350 min dolları yanacaq anbarı, 630 min dolları komissiya mərkəzi, 704 min dolları isə məscid inşasına sərf olunacaq.Qeyd edək ki, 2018-ci ilin oktyabrında Qətər hökuməti Qəzza əhalisinə 150 milyon dollarlıq humanitar yardım göndərmişdi. Bu il yanvarın 28-də isə rəsmi Doha Qəzzada humanitar problemlərin həlli üçün BMT-yə 20 milyon dollar ayırmışdı.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23