“Qalatasaray” futbol klubu daha iki futbolçunu transfer edib

3 İyul 2019 14:13

Xəbər 33 dəfə oxunub

İstanbulun “Qalatasaray” klubu daha iki futbolçunu transfer edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçi Cimmi Durmaz və müdafiəçi Şener Özbayraklının transferini reallaşdırıb.“Fənərbaxça” ilə müqaviləsi başa çatan Şener Özbayraklı “Qalatasaray”a transfer olub. Klub rəhbərliyi onunla ikiillik müqavilə imzalayıb.Fransanın “Tuluza” klubunda forma geyinən və əslən türkiyəli olan İsveç milli komandasının oyunçusu Cimmi Durmaz İstanbul komandası ilə üçillik müqavilə imzalayıb.Qeyd edək ki, “Qalatasaray” bir neçə gün əvvəl Rayan Babel, Adem Büyük və Valentin Ozornvaforu heyətinə cəlb edib.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15