“Qalatasaray” futbol klubu heyətini daha da gücləndirib

9 Yanvar 2019 15:36

Xəbər 45 dəfə oxunub

“Qalatasaray” heyətini 2 futbolçu ilə gücləndirib.Milli.az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu Portuqaliyanın “Çaves” klubundan braziliyalı Markus Do Nasimento Teyksiranı heyətinə cəlb edib.22 yaşlı solaxay müdafiəçinin transferi “sarı-qırmızılar”a 3,5 milyon avroya başa gəlib.”Cim bom”un digər transferi isə Türkiyədəndir. “Bursaspor”dan ayrılan Əmrə Daşdəmir İstanbul nəhənginin şərəfini qoruyacaq.xeber100.com

Reklam