“Qarabağ” klubu 5 yoxlama oyununda qüvvəsini sınayacaq

6 Yanvar 2019 12:32

Xəbər 45 dəfə oxunub

“Qarabağ” futbol klubu bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Qurban Qurbanovun kollektivi qardaş ölkədə 3 həftəlik hazırlıq keçəcək. Milli.az bildirir ki, “Qarabağ” Antalyada olduğu müddətdə 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq. Ağdamlılar bir gün sonra isə Bakıya dönəcək.xeber100.com

Reklam