Qılıncoynatma Federasiyasının məlumatına görə…

15 Aprel 2019 12:27

Xəbər 74 dəfə oxunub

Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub.Azərtac Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin 9-cu yarış günündə şpaqa üzrə gənclərin komanda yarışları keçirilib. Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət yığma komandamız mübarizəyə 1/32 finaldan başlayıb. Bu mərhələdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan şpaqaçılarımız rəqibi 45:32 hesabı ilə məğlub edib. Kişi şpaqaçılarımız onaltıdabir finalda dünya birinciliyinin finalına kimi irəliləyən ABŞ yığması ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün sonunda şpaqaçılarımız turnirin reytinq favoritinə 43:45 hesabı ilə uduzub. Daha öncə isə Barat Quliyev yeniyetmə şpaqaçıların şəxsi yarışında qüvvəsini sınayıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Barat pley-offda Rumıniya təmsilçisi Daniel Popa üzərində 15:13 hesabla qələbə qazanıb. Quliyev 1/32 finalda Sinqapur idmançısı Li Simon Renjie ilə qarşılaşıb. Görüş sinqapurlu şpaqaçının 15:13 hesablı qələbəsi ilə başa çatıb.Xatırladaq ki, komandamızın üzvlərindən şpaqaçımız Ruslan Həsənov gənclərin dünya birinciliyində yarımfinala yüksəlməklə bürünc medal qazanıb.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15