Qırğızıstan parlamenti növbədənkənar iclas keçirib

20 Aprel 2018 11:37

Xəbər 171 dəfə oxunub

Aprelin 20-də Qırğızıstan parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda 30-cu hökumətin proqramı, strukturu və tərkibi təsdiq olunub.Joqorku Keneş Prezident Aparatının rəhbəri Nuxammedkalıy Abılqazievi ölkənin Baş naziri vəzifəsinə təsdiq edib.Kubatbek Boronov Baş nazirin birinci müavini, Jeniş Razzakov, Zamirbek Askarov, Altınay Omurbekova Baş nazirin müavinləri vəzifələrini tutublar.Bundan başqa, hökumət aparatının rəhbəri, xarici işlər, daxili işlər, ədliyyə, maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, nəqliyyat və yollar, fövqəladə hallar, təhsil və elm, səhiyyə, mədəniyyət, informasiya və turizm, əmək və sosial inkişaf nazirləri də təsdiqlənib. Həmçinin milli təhlükəsizlik, müdafiə, sənaye, energetika və yeraltı sərvətlər, informasiya texnologiyaları və rabitə üzrə dövlət komitələrinin sədrləri təsdiq olunublar.Xatırladırıq ki, ölkə parlamenti aprelin 19-da hökumətə etimadsızlıq göstərmiş, dövlət başçısı Sooronbay Jeenbekov hökuməti tam tərkibdə istefaya göndərmişdi.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18