Qırğızıstanda ölkə qanunvericiliyinə uyğun olaraq andiçmə mərasimi olub

25 Aprel 2018 14:44

Xəbər 104 dəfə oxunub

Aprelin 25-də Qırğızıstan parlamenti – Joqorku Keneşdə ölkənin yeni Baş naziri Muxammedkalıy Abulqazievin və hökumətin yeni üzvlərinin ölkə qanunvericiliyinə uyğun olaraq andiçmə mərasimi olub.Azərtac xəbər verir ki, andiçmə mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov iştirak edib. Dövlət başçısı Baş naziri və hökumətin yeni üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.Xatırladırıq ki, Muxammedkalıy Abulqaziev aprelin 20-də Qırğızıstanın Baş naziri seçilib.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18