“Qüdrət-97” kod adı altında genişmiqyaslı təlimlər başlayıb

25 Yanvar 2019 14:43

Xəbər 109 dəfə oxunub

Bu gün səhər saatlarında İranın quru qoşunları “Qüdrət-97” kod adı altında genişmiqyaslı təlimlərə başlayıb.Azərtac xəbər verir ki, təlimlərə 12 min əsgər cəlb edilib və müxtəlif manevrləri həyata keçirəcəklər. İranın quru qoşunlarının komandanı general Kiyumərs Heydəri mətbuata verdiyi açıqlamasında bildirib ki, təlimlərdə iranlı mütəxəssislər tərəfindən hazırlanmış vertolyotlar və yeni gecə görmə cihazları da sınaqdan çıxarılacaq. Bundan başqa təlimlərdə quru qoşunlarının istifadəsinə verilən pilotsuz ucan təyyarələrdən də istifadə ediləcək. Nəzərə çatdırılıb ki, pilotsuz ucan təyyarələr də tam olaraq milli istehsaldır.General onu da qeyd edib ki, İranın heç bir dövlətə qarşı iddiası yoxdur və heç kiminlə müharibə etmək istəyində deyil. Sadəcə olaraq İrana qarşı təhdidlər nəzərə alınıb və quru qoşunların döyüş hazırlığı yoxlanılır. Eyni zamanda, təlimlərdə yeni hərbi cihazlar da sınaqdan çıxarılacaq. General İran ordusunun dünyanın ən güclü ordularından olduğunu da diqqətə çatdırıb.xeber100.com

Reklam

Arizona ştatında fövqəladə vəziyyət elan edilib

Arizona ştatının Yuma şəhərinin meri Duqlas Nikols şəhərdə fövqəladə vəziyyət elan edib. Bundan əvvəl Gömrük və Sərhəd Nəzarəti Bürosu yüzlərlə miqrant ailəsini patrul nəzarətindən azad edib.Azərtac xəbər verir ki, merin sözlərinə görə, bu qərarın qəbul edilməsi son 20 gündə Yumaya 1.300-dən çox miqrantın gəlməsi ilə bağlıdır. Yuma şəhərinin əhalisinin sayı cəmi 95 min nəfərdir. Nikols federal hakimiyyət orqanlarından Fövqəladə Hallarda İdarəetmə üzrə Federal Agentliyin hesabına zəruri resurslar ayrılmasını xahiş edib. Arizona qubernatorunun mətbuat xidməti Nikolsun sorğusuna cavab olaraq bildirib ki, müvafiq sənəd qubernatorun ofisinə daxil olan kimi fövqəladə vəziyyət haqqında deklarasiyaya baxılacaq. Adətən belə hallarda qubernator mövcud resursları maksimum həddə çatdırmaq üçün yerli hakimiyyət orqanları, qeyri-kommersiya qrupları və federal məmurlarla işləyir.Şəhərdə qəza hallarında istifadə edilmək üçün 150 nəfərlik yeganə qəza sığınacağı fəaliyyət göstərir. Halbuki aprelin 16-da bu sığınacaqda 200 miqrant olub. ABŞ-ın sərhədyanı şəhərlərində immiqrasiya üzrə hakimiyyət orqanları Mərkəzi Amerikadan olan çoxsaylı immiqrant ailələrini azad edirlər.Sərhəd patrulu sərhədi qanunsuz keçmiş, lakin sonradan sərhədçilər tərəfindən saxlanılmış miqrant ailələrinin 11 mindən çox üzvünü azad edib. Martın 19-da Gömrük və Sərhəd Nəzarəti Bürosu miqrant ailələrinin cinayətkar olmayan üzvlərinin məhkəmədə olmaları barədə bildiriş təqdim edilməklə onları bilavasitə azad edib. Həmin andan etibarən miqrantlar sərhəd boyunca yerləşən qeyri-hökumət sığınacaqlarında və ya avtobus stansiyalarında yerləşdirilib.xeber100.com

Aprel 19, 2019 14:21

“Gazprom” şirkəti layihəyə 102 milyard rubl ayırıb

Rusiya təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) Bolqarıstandan keçəcək hissəsinin inşasını İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium həyata keçirəcək.“Bulgartransgaz”xəbər verir ki, boru kəmərinin Türkiyə sərhədindən Serbiya sərhədinədək olan hissəsinin tikintisi ilə bağlı tenderin qalibi İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium olub. Konsorsium tenderi ən aşağı təklif verərək qazanıb. Bunlar İtaliyanın “Arcad ABB S.p.A.” və Səudiyyə Ərəbistanının “Arkad Engineering and Constructions Company” şirkətləridir.Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. “TurkStream”ın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.xeber100.com

Aprel 16, 2019 12:24