“Real Madrid” klubu “Real Sosyedad” komandasını qəbul edib

7 Yanvar 2019 20:39

Xəbər 38 dəfə oxunub

İspaniya La Liqasında 18-ci turunda “Real Madrid” doğma meydanda “Real Sosyedad” komandasını qəbul edib. Trend-in məlumatına görə, oyun 0:2 hesabı ilə başa çatıb.Oyunda hesabı qeyri-müəyyən epizodda təyin olunan penalti zərbəsindən Villian Joze açıb. 61-ci dəqiqədə meydan sahibi komandasının yarımmüdafiəçisi Lukas Vaskes ikinci sarı vərəqə alaraq “Real Madrid”i azlıqda qoyub.Oyunda hesabı 83-cü dəqiqədə Pardo artırıb.Hakimin kobud səhvləri və bərbad qərarları ilə yadda qalan oyun qonaqların qələbəsi ilə başa çatıb.Beləliklə, “Real Madrid” 30 xalla 5-ci, “Real Sosyedad” isə 22 xalla 11-ci pillədə məskunlaşıb. xeber100.com

Reklam