Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib

5 Fevral 2019 13:17

Xəbər 56 dəfə oxunub

Yunanıstanın Preveza şəhərindən 14 kilometr məsafədə Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə Afina Universitetinin seysmologiya laboratoriyası məlumat verib. Bildirilir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə dənizdə olub.Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Zəlzələ ətraf bölgələrdə, şəhərlərdə də hiss olunub.xeber100.com

Reklam