“Rosneft” şirkəti ötən ilin xalis mənfəətini açıqlayıb

5 Fevral 2019 13:24

Xəbər 63 dəfə oxunub

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in ötən ilin sonuncu rübündəki xalis mənfəəti açıqlanıb.Azərtac şirkətə istinadla xəbər verir ki, “Rosneft”in keçən ilin dördüncü rübündəki xalis mənfəəti 109 milyard rubl olub. Bazar proqnozu isə mənfəətin 125,4 milyard rubl olacağı idi.Beləliklə də şirkətin hesabat rübündəki xalis mənfəəti əvvəlki rüblə müqayisədə 23 milyard rubl azalıb.“Rosneft” Rusiyanın gündəlik 10 milyon barreli keçən neft istehsalının təxminən 40 faizini həyata keçirir.xeber100.com

Reklam