Rus Dram Teatrı yanvar repertuarını təqdim edir

4 Yanvar 2019 11:46

Xəbər 110 dəfə oxunub

Rus Dram Teatrı yanvar repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir:

6 yanvar – “Payız sonatası”;

11 yanvar – “Xalam bundu”;

12 yanvar – “Kazanova: sevgi dərsləri”;

13 yanvar – “Afina axşamları”;

18 yanvar – “Kraliçanın son ehtirası”;

19 yanvar – “Karamazov qardaşları”;

25 yanvar – “Yuxularımdan kənar ol” (“Təhminə və Zaur”);

26 yanvar – “Evlənmə” (premyera);

27 yanvar – “Senyor Todero-xuliqan”.

Uşaqlar üçün:

6 yanvar – “Düyməcik” (premyera);

12 yanvar – “Üç donuz balası, Qırmızı papaq və boz canavarlar”;

19 yanvar – “Durnabalığının buyruğu ilə”;

26, 28-31 yanvar – “Düyməcik” (premyera).

Teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.xeber100.com

Reklam

Novruz gəlir, yaz gəlir, bahar gəlir, saz gəlir…

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Hətta elm adamları bu bayramın zərdüştlükdən əvvəl də qeyd olunduğunu bildirirlər.Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə küləyin, dördüncü çərşənbədə isə torpağın köməyi ilə ağaclarda tumurcuqlar açır və bütün bunlar yazın gəlişindən xəbər verir.Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır.Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.xeber100.com

Mart 20, 2019 17:50

19 Mart torpağın oyandığı İlaxır çərşənbə – Torpaq çərşənbəsidir

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.Azərtac xəbər verir ki, İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və Uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramı qədər təntənəli keçirilir.İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub, təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.Üzərliyin Azərbaycan inanclar sistemində nə qədər yayğın inanc olması hər kəsə məlumdur. Üzərlikyandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf piləyərmişlər. Bu adət indi də çox yayğındır. Üzərlikyandırma təzələnmə – yenilənmənin mühüm ayinlərindəndir. Üzərlik vasitəsilə bəd nəzər, pis arzular təmizlənir. Bu, bir növ, magik profilaktikadır.İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamaqdır. Xüsusilə, ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm və açıq magik xarakterli ayinlərindəndir. Bu zaman nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır.İlaxır çərşənbələrlə bağlı icra edilən mərasimlərdən biri “danatma” adətidir. Mərasim Novruz gecəsi icra olunur. İnsanlar səhərə qədər oyaq qalır, Günəşi qarşılayırlar. Mərasim özündə mifoloji inancları və magik ayinləri birləşdirir.Axır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır.xeber100.com  

Mart 19, 2019 13:20

91-ci “Oskar” mükafatının təqdimat mərasimi keçirilib

Fevralın 24-də Los-Ancelesdəki dünyaca məşhur “Dolby” teatrında 2018-ci ildə kinematoqrafiya sahəsində xidmətlərə görə 91-ci “Oskar” mükafatının təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, mükafatlar “ən yaxşı film” nominasiyasında “Yaşıl kitab” filminə, “ən yaxşı rejissor” kateqoriyasında isə “Roma” filminin yaradıcısı Alfonso Kuarona təqdim edilib. “Ən yaxşı aktyor” mükafatına “Bohemiya rapsodiyası” filmində baş rola görə Rami Malek layiq görülüb, “ən yaxşı ikinci plan aktyoru” isə “Yaşıl kitab” filmində ifa etdiyi rola görə Maherşal Əli elan edilib. “Ən yaxşı aktrisa” kateqoriyasında “Favorit qadın” filmində yaratdığı obraza görə Oliviya Kolman qalib gəlib, “Ən yaxşı ikinci plan aktrisa” titulunu isə “Əgər Bill-Srtit danışa bilsəydi” ekran əsərində oynadığı rola görə Recina Kinq qazanıb.Xarici dildə ən yaxşı film Alfonso Kuaronun “Roma” ekran əsəri olub. Ən yaxşı adaptasiya olunmuş ssenari mükafatına isə “Qara klan üzvü” filminə görə Oskar Spayk Li, Çarli Vatçel, Devid Rabinovits, Kevin Uilmott layiq görülüblər. “Ən yaxşı orijinal ssenari” mükafatı “Yaşıl kitab” filminə görə Piter Farelli, Nik Vallelonqi, Brayan Heyes Karriyə, “ən yaxşı animasiya filmi” mükafatı isə “Hörümçək adam – kainatlardan keçərək” ekran əsərlərinə təqdim olunub. Həmçinin Alfonso Kuaronun “Roma” filmi “ən yaxşı operator”, Con Ottmanın “Bohemiya rapsodiyası” “ən yaxşı montaj”, “Dəri” filmi (rejissor Qay Nattiv) “ən yaxşı qısametrajlı bədii film”, “Təkbaşına sərbəst yüksəliş” filmi (rejissorlar Cimmi Çina və Elizabet Çey) ən yaxşı sənədli film hesab olunublar. “Ən yaxşı qısametrajlı sənədli film üçün “Oskar” isə Rayx Zehtabçinin “Nöqtə. Cümlənin davamı” filminə təqdim edilib. Rejissor Domi Şinin “Bao” ekran əsəri isə “ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasının qalibi olub.xeber100.com  

Fevral 25, 2019 12:15