Rusiyanın Nazilər Kabineti tam tərkibdə istefa verib

7 May 2018 16:42

Xəbər 267 dəfə oxunub

Rusiya hökuməti istefaya gedib. Bu gün Vladimir Putinin növbəti müddətdə prezident səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar ölkənin Nazilər Kabineti tam tərkibdə istefa verib.Azərtac xəbər verir ki, Rusiya Konstitusiyasına əsasən, dövlət başçısı iki həftədən gec olmayaraq Dövlət Dumasına yeni baş nazirin namizədliyini təklif etməlidir. Bu dəfə Prezident Vladimir Putin andiçmə mərasimindən dərhal sonra Dmitri Medvedevin namizədliyini irəli sürüb. Bu təklifə mayın 8-də parlament tərəfindən baxılacağı gözlənilir.Daha sonra Nazirlər Kabinetinin başçısı öz müavinləri, federal nazirlər və icra hakimiyyəti federal orqanlarının strukturu barədə təkliflərini Prezidentə təqdim edəcək.xeber100.com

Reklam