Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi ilk tədbir Özbəkistanın yeniyetmələri və gəncləri arasında elan olunan “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı esse yazı müsabiqəsi olub.Esse yazıda əsasən 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. əsas mövzu olaraq müəyyən edilib.Esse yazısının tələbləri (Arial-12 şriftində, yazılar 1.5 interval və ümumi olaraq 3-5 səhifə həcmində) müəyyən edilimiş və əsas şərt kimi fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunub.Sözügedən müsabiqənin şərtlərinə əsasən esse Özbək, Azərbaycan, Rus, və İngilis dillərində yazıla bilər və yazılara Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Xüsusi Komissiya tərəfindən baxılacaqdır.Müsabiqəyə cari ilin may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və Fəxri diplomları ilə təltif olunacaqlar.Ən yaxşı esse mükafatına layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Respublikası”na aid guşəyə yerləşdiriləcək və daimi Muzeydə sərgilənəcəkdir.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
Messi influenzato…
“Вниз по течению”…
Türkiyə Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib
“Звезды Содружества”…