Sahel dövlətlərinin antiterror qüvvələrinin yaradılması layihəsində

16 May 2018 13:17

Xəbər 164 dəfə oxunub

Çex Respublikası Sahel dövlətlərinin birgə antiterror qüvvələrinin yaradılması layihəsinə 1 milyon avro yardım köçürməklə onu dəstəkləməyi planlaşdırır.Azərtac xəbər verir ki, dotasiya Avropa İttifaqı Şurasının fondları vasitəsilə G5 ölkələrinin (Mavritaniya, Mali, Burkina-Faso, Niger və Çad) hesabına köçürülməlidir. Göstərilən vəsaitə zirehli jiletlər, dəbilqə, yataq kisələri, metalaxtaran qurğular, minaaxtaranlar üçün geyim alınacaq. Dəstələr, həmçinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə məşğul olacaqlar.Xatırladaq ki, Çex Respublikası bu yaxınlarda Afrika ölkələrindən daha birində səfirlik açmaq niyyətində olduğunu bildirib.xeber100.com

Reklam