Şahmat üzrə altıncı turun oyunlarına yekun vurulub

5 Yanvar 2019 10:49

Xəbər 44 dəfə oxunub

İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalında altıncı turun oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva (2301) sonuncu turda Rusiya təmsilçisi Yekaterina Dyakonova üzərində qələbə qazanaraq xalların sayını 3-ə çatdırıb. O, bu nəticə ilə turnir cədvəlində 34-cü yerdən 25-ci pilləyə yüksəlib.40 iştirakçının (13 qrossmeyster) qatıldığı turnirə yanvarın 6-da yekun vurulacaq.xeber100.com

Reklam