Şahmat üzrə Azərbaycan çempionatı start götürəcək

4 Fevral 2019 10:59

Xəbər 57 dəfə oxunub

Fevralın 4-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı start götürəcək.Azərtac xəbər verir ki, builki ölkə çempionatında 18 şahmatçı mübarizə aparacaq. Turnir cədvəlinin reytinq favoriti Günay Məmmədzadədir (2422). Yarışda G.Məmmədzadə ilə yanaşı, Xanım Balacayeva, Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarova bacıları, Aydan Höcətova kimi güclü şahmatçılar da qalib adı uğrunda yarışacaqlar.İsveçrə sistemi üzrə 9 turdan ibarət ölkə çempionatına fevralın 12-də yekun vurulacaq.xeber100.com

Reklam

“AGF Junior Trophy” beynəlxalq turnirində

"AGF Junior Trophy" beynəlxalq turnirinin Belarusdan olan iştirakçısı Kseniya Steşits öz çıxışından məmnun qaldığını bildirib.İdmançı həm paytaxtımızla, həm də Milli Gimnastika Arenasında təşkil olunmuş oyunlarla bağlı təəssüratlarını Trend-lə paylaşıb:"İştirak etdiyim digər yarışlarla müqayisə etsək, Bakıdakı çıxışımdan razı qaldım. Özümü topladım və bütün tapşırıqları yaxşı yerinə yetirməyə çalışdım. Bakıya ilk dəfə gəlirəm və burada hər şey xoşuma gəldi. Buradakı Milli Gimnastika Arenası çox gözəldir, tamaşaçıların dəstəyi isə adama daha da güc verir. Yarışlar hələ davam edir və mən finala çıxmağa ümid edirəm".K.Steşits şəhərlə hələ yaxşı tanış olmağa imkanı olmadığını, bazar günü Bakıda gəzintiyə çıxacağını da bildirib.Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.xeber100.com

Aprel 20, 2019 14:52

Topaz Premyer Liqasının XXV turuna start verilir

Aprelin 18-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start verilir.Azərtac xəbər verir ki, tur iki gün davam edəcək. Turun birinci günündə iki oyun keçiriləcək. XXV tur saat 16:45-də “Sumqayıt” – “Səbail” oyunu ilə başlanacaq. “Kapital Bank Arena”da oynanılacaq görüşü Vüqar Həsənli idarə edəcək.Günün ikinci qarşılaşmasında çempionluğa iddialı “Qarabağ” komandası autsayder “Keşlə”ni qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 19:00-da start götürəcək.Aprelin 19-da - turun ikinci günündə “Qəbələ” komandası doğma arenada “Zirə” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Görüş saat 16:00-da başlanacaq.Tura saat 18:30-da “Sabah” – “Neftçi” oyunu ilə yekun vurulacaq. “Əlincə Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rövşən Rəcəbov olacaq.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Xatırladaq ki, 24 turdan sonra turnir cədvəlinə aktivində 54 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 52 xalla ikinci, “Səbail” 35 xalla üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.xeber100.com

Aprel 18, 2019 12:54

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı

Aprelin 20-dən 28-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının ikinci seçmə mərhələsi keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışlar Xırdalan, Lənkəran və Samuxda keçiriləcək. Xırdalanda aprelin 20-21-də Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Aprelin 24-25-də Lənkəranda Cəlilabad, Neftçala, Lerik və Astaranı, ayın 27-28-də isə Samuxda Goranboy, Gəncə, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaq. Mərhələ yarışlarında 2001-2007-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyən ediləcək.Yarışın məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com

Aprel 18, 2019 12:49