Şahmat üzrə dördüncü tura yekun vurulub

4 Yanvar 2019 11:18

Xəbər 35 dəfə oxunub

İtaliyanın Villorba şəhərində keçirilən şahmat üzrə üçüncü “Vergani Cup” festivalında dördüncü tura yekun vurulub.Azərtac xəbər verir ki, 40 iştirakçının (13 qrossmeyster) qatıldığı elit turnirdə Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2301) sonuncu turda daha bir xal qazanıb. Hazırda təmsilçimiz 1,5 xalla turnir cədvəlində 35-ci pillədədir.Turnirə 3,5 xalla İtaliya təmsilçisi Pier Luigi Basso (2522) başçılıq edir.Festivala yanvarın 6-da yekun vurulacaq.xeber100.com

Reklam