Şahmat üzrə üçüncü turun oyunları keçirilir

7 Mart 2019 12:17

Xəbər 32 dəfə oxunub

Martın 7-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatının üçüncü turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan komandası növbəti turda ev sahibi ilə qarşılaşır. Şahmatçılarımız Arkadi Naydiç Rinat Jumabayev, Rauf Məmmədov Murtaz Kajqaleyev, Qədir Hüseynov Anuar İsmaqambetov, Eltac Səfərli Denis Maxnyev ilə görüşür. Qeyd edək ki, komandamız ötən turlarda İngiltərə və Çin yığmalarına məğlub olub.Üçüncü turda İran-İsveç, Misir-Hindistan, Rusiya-Çin, İngiltərə-ABŞ qarşılaşmaları keçiriləcək.İki turun nəticəsinə görə, Rusiya, ABŞ, İngiltərə milliləri 4 xal, Hindistan, Çin, Qazaxıstan yığmaları 2 xal, İran seçməsi isə 1 xal toplayıb.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27