“Salsa & Bacha” festivalı keçiriləcək

12 Oktyabr 2017 13:36

Xəbər 63 dəfə oxunub

Şahdağ Turizm Mərkəzində möhtəşəm “Salsa & Bacha” festivalı keçiriləcək. Festivala qatılanlar dünya şöhrətli salsa ulduzlarının iştirakı ilə bol əyləncə, musiqi və rəqslərdən həzz alacaqlar.Azərtac xəbər verir ki, noyabrın 11-də təşkil olunacaq festivalda məşhur salsa ustaları İvana Adler-Shaka Brovn və Alba Fernandez-David Moyano cütlükləri Azərbaycanın tanınmış Latın Amerika rəqsi məktəblərinin rəqqaslarına ustad dərsi keçəcəklər.Festivala Bakının “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəbləri qatılacaq.xeber100.com

Reklam

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Ucar" filialının yenilənmiş ofisini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Ucar şəhəri, Oğuz küçəsi, 44 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər."Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən "Ucar" filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə "Buzovna", "Dəmiryol" və "Lökbatan" şöbələri, region üzrə "Masallı" şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı", "Göyçay", "Qobustan", "Beyləqan", "Tərtər", "Gədəbəy" və "Ağcabədi" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. 2018-ci ildə də daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.xeber100.com

Dekabr 27, 2017 14:34

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq dekabrın 20-də Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, 335 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 min 976 metr müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.Hazırda Beyləqan rayonunun İmamverdili və Birinci Şahsevən kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.Tədbirdə çıxış edən kənd sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.xeber100.com

Dekabr 20, 2017 15:41

“Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb

Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb. Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Binada quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizədək qənaət olunacaq, müştərilərə yüksəksəviyyəli xidmət göstəriləcək.Azərtac xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qovşaqda yaradılan şəraitlə tanış olub.Sahəsi 2600 kvadratmetrdən çox olan dördmərtəbəli binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.İşçi heyətinin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. Qovşağın kompüter parkı yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib.Qovşaqda fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz olunub. Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyaları üzrə bilik və bacarıqları inkişaf etdirilir.xeber100.com

Dekabr 11, 2017 14:55