Sambo üzrə Avropa çempionatı keçiriləcək

15 May 2018 13:06

Xəbər 22 dəfə oxunub

Mayın 18-20-də Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, “Ano Liosiya” idman kompleksində keçiriləcək çempionatda 30 ölkəni təmsil edən 300 idmançı mübarizə aparacaq.Yarışda Azərbaycan milli komandasının da iştirakı nəzərdə tutulur.Yunanıstan bu yarışlarda 15 idmançı ilə təmsil olunacaq.Sambo üzrə Avropa çempionatları 1972-ci ildən keçirilir. Yunanıstan, Çexiya, Belarus, Litva, Bolqarıstan, Rusiya, Serbiya, Böyük Britaniya və Avropanın digər ölkələri mütəmadi olaraq sambo çempionatlarına ev sahibliyi edirlər.xeber100.com

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53