“Shamkir Chess 2019” superturnirinin növbəti oyunlarında

9 Aprel 2019 12:38

Xəbər 81 dəfə oxunub

Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin sonuncu turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, doqquzuncu turda Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov çexiyalı David Navara ilə qarşılacaqlar.Səkkizinci turda vaxtından əvvəl dünya çempionu adını qazanmış Maqnus Karlsen rusiyalı Aleksandr Qrişuk ilə yarışacaq. Hindistanlı Vişvanatan Anand bolqarıstanlı Veselin Topalov, çinli Dinq Liren Holland Aniş Giri ilə üz-üzə gələcəklər.Səkkiz turdan sonra 6 xal toplayan Maqnus Karlsen dördüncü dəfə “Shamkir Chess 2019”un qalibi olub. Aleksandr Qrişuk, Dinq Liren, Sergey Karyakin hərəyə 4,5 xal, Vişvanatan Anand, David Navara, Teymur Rəcəbov, Veselin Topalov isə 4 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 3, Aniş Girinin 2,5 xalı var.Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirdə birinci yeri tutub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15