Silahlı Qüvvələrin uğurlu əməliyyatının 25-ci ildönümü…

5 Yanvar 2019 20:01

Xəbər 104 dəfə oxunub

Bu gün yanvarın 5-i Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatının ildönümüdür.Həmin əməliyyatdan 25 il ötür. Milli.Az bildirir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.Horadiz əməliyyatının həyata keçirilməsində 702 saylı briqadanın şəxsi heyəti misilsiz qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyat 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub.Horadiz əməliyyatı Azərbaycan Ordusunun qələbələrinin başlanğıcı olub. Bu uğurların davamı olaraq, 2016-cı ildə Aprel döyüşləri nəticəsində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edildi. Bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilib.xeber100.com

Reklam

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət işarə görür.Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində son vəziyyətlə bağlı bəyanatında deyilir.Qeyd edilir ki, son aylarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlar, həmçinin yanvarın 16-sı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş üçün müsbət işarədir.Vurğulanır ki, Aİ onların nəticələrinin, o cümlədən xarici işlər nazirlərinin əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin vacibliyi barədə bu yaxınlarda əldə etdikləri razılaşmanın tam reallaşdırılmasını, həmçinin danışıqların aktivləşdirilməsinə yönəlmiş addımlara baxılmasını səbirsizliklə gözləyir:"Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə və təkliflərinə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi, həmçinin münaqişə ölkələrinin vətəndaş cəmiyyətində etimadın möhkəmləndirilməsi üzrə tədbirlər vasitəsilə tam dəstəyini davam etdirir. Cənubi Qafqaz regionuna öz potensialını reallaşdırmağa kömək edəcək davamlı sülhdən hamı qazanacaq".xeber100.com

Yanvar 19, 2019 20:44