Şimali İraqda PKK-ya qarşı hərbi əməliyyat başlayıb

6 İyun 2018 15:10

Xəbər 57 dəfə oxunub

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK terror təşkilatının Qəndildəki əsas qərargahlarına hava hücumları edib.Anadolu agentliyi xəbər verir ki, hərbi hava qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində terrorçuların 16 hədəfi məhv edilib, 6 terrorçu öldürülüb. Türkiyə KİV-lərinin silahlı qüvvələrə istinadla verdiyi məlumata görə, hava hücumları ilə paralel olaraq şiddətli “Fırtına” tankları ilə atışlar da həyata keçiriləcək.xeber100.com

Reklam

2020-ci ildə keçiriləcək Olimpiada üçün biletlərin qiymətləri açıqlanıb

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiadanın təşkilatçıları biletlərin qiymətlərini elan ediblər.Azərtac xəbər verir ki, Oyunların açılış mərasiminin qiyməti 300 min yen (təqribən 2700 dollar) olacaq.Oyunlar üçün də biletlərin qiyməti müəyyən edilib. Ən yüksək qiymət yüngül atletika yarışları, daha doğrusu, kişilərin 100 metrlik sprint qaçışı üçün təsdiq edilib. Həmin biletlər təqribən 1160 dollara satılacaq.Ən aşağı qiymətlər isə yarışların 8 növü üzrə müəyyən edilib ki, buraya futbol, reqbi və softbol yarışları daxildir. Həmin biletlərin qiyməti təqribən 22 dollar olacaq.Uşaqların, yaşlıların və məhdud imkanlı şəxslərin daxil olduğu qruplar üçün xüsusi biletlər nəzərdə tutulub ki, onların da qiyməti simvolik olaraq 2020 yenə (təqribən 18 dollar) bərabər olacaq.Serfinq yarışları üzrə yarışların şərtləri dəqiqləşmədiyinə görə bu idman növü üçün biletlərin qiyməti elan edilməyib.Təşkilat komitəsindən bildirilib ki, biletlərin yarıdan çoxunun qiyməti 8 min yen (təqribən 71 dollar) olacaq ki, bu da yarışların daha geniş tamaşaçı kütləsi tərəfindən izlənilməsinə şərait yaradacaq.Biletlərin satışına 2019-cu ilin əvvəllərində rəsmi sayt vasitəsilə başlanılacaq. Möhtəkirliyin qarşısını almaq məqsədilə alıcılar burada adlarını və tələb olunan digər şəxsi informasiyaları qeyd etməli olacaqlar.Aldıqları biletlərdən imtina etmək istəyən şəxslər üçün rəsmi platformanın yaradılması da nəzərdə tutulur.

İyul 20, 2018 16:21

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə…

İsti havalarda kondisionerdən istifadə edə bilməyən bir milyarddan çox insan risk altındadır. Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu fikirlər təşkilatın “Hamı üçün dayanıqlı enerji” tərəfdaşlıq proqramının hesabatında yer alıb.Proqramın rəhbəri, BMT baş katibinin xüsusi nümayəndəsi Reyçel Kayt hesabatın təqdimatı zamanı jurnalistlərə bildirib ki, 470 milyona yaxın insan yoxsul kəndlərdə yaşayır, onlar üçün təhlükəsiz ərzaq məhsulları və dərmanlar əlyetərli deyil. Habelə 630 milyon insan yoxsul şəhər məhəllələrində kondisioneri və güclü istilərdən müdafiəsi olmayan daxmalarda yaşayır.Sənəddə kondisioner olmadığı səbəbindən əhalinin böyük hissəsinin riskə məruz qaldığı doqquz ölkənin - Banqladeş, Braziliya, Pakistan, Nigeriya, İndoneziya, Hindistan, Çin, Mozambik və Sudanın adı sadalanır.Hesabatın müəllifləri hökumətləri, özəl sektor təmsilçilərini, sərmayədarları və vətəndaş cəmiyyətlərini daha çox insanın sərinləşdirici sistemlərdən istifadə etməsinə şərait yaratmağa çağırıblar. Digər tərəfdən, alıcılıq qabiliyyəti məhdud olan orta sinif nümayəndələrinin artması əlavə problem yaradır: 2,3 milyarda yaxın insan ucuz və keyfiyyətsiz kondisionerlərdən istifadə edir. Onlar isə enerji şəbəkəsində gərginliyi artırır və daha çox iqlim dəyişikliyinə səbəb olur. Məlumatlara görə, qlobal istiləşmənin 10 faizi soyuducu sistemlərin işləməsi ilə əlaqədardır.BMT baş katibinin xüsusi nümayəndəsi bu məsələyə ciddi yanaşmanın tərəfdarıdır. O, son illər müşahidə edilən ciddi temperatur dəyişikliklərini və insanların böyük bir hissəsinin qeyri-sabit hava şəraitindən asılı olduğunu xatırladıb.xeber100.com

İyul 18, 2018 14:00