Sinqapurda aviasiya uçuşlarına məhdudiyyət qoyulacaq

6 İyun 2018 14:48

Xəbər 177 dəfə oxunub

KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın planlaşdırılan görüşü zamanı Sinqapur hökuməti ölkə üzərindən hava nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyacaq.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ABŞ-ın Federal Aviasiya İdarəsi məlumat yayıb. Onların bildirdiyinə görə, iyunun 11-dən 13-dək bəzi vaxtlarda Sinqapurun hava məkanı bağlanacaq. Bu ölkəyə uçan təyyarələr də “milli təhlükəsizlik səbəbindən” uçuş-eniş zolağında bir sıra çətinliklərlə üzləşəcək.Xatırladaq ki, əvvəlcə sammitin ləğv olunduğu barədə Kim Çen Ina məktub göndərən Donald Tramp sonradan görüşün nəzərdə tutulan vaxtda – iyunun 12-də Sinqapurda keçiriləcəyini bildirmişdi.xeber100.com

Reklam