Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

13 Mart 2018 12:17

Xəbər 89 dəfə oxunub

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə martın 12-də stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.Federasiyadan Azərtac-a bildiriblər ki, 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələrin mübarizə apardıqları turnir şəxsi və komanda xarakteri daşıyır. Birincilikdə respublikanın müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edir.Yarışlar martın 16-dək davam edəcək. Turnirin qalibləri və onların məşqçiləri Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları ilə təltif olunacaqlar.xeber100.com

Reklam

DÇ-2018-də keçirilən növbəti oyunların nəticələri…

DÇ-2018-də növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün son matçında Xorvatiya Nigeriya ilə üz-üzə gəlib. Xorvatlar qələbə qazanmaqla qrupun liderliyini ələ alıb. Xorvatiya - Nigeriya - 2:0 Qollar: Oqenekaro Etebo, 23 (avtoqol), Luka Modriç, 71 (pen.) Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya) Kalininqrad, "Kalininqrad" stadionu Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 6. Deyan Lovren, 21. Domaqoy Vida, 3. İvan Striniç, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 4. İvan Perişiç, 18. Ante Rebiç, 9. Andrey Kramariç, 17. Mario Mandzukiç, Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 11. Marselo Brozoviç, 12. Lovre Kaliniç, 13. Tin Edvay, 14. Filip Bradariç, 15. Duje Çaleta-Sar, 16. Nikola Kaliniç, 19. Milan Badel, 20. Marko Pyatsa, 22. Yosip Pivariç Baş məşqçi: Zlatko Daliç Nigeriya: 23. Fransis Uzoho, 6. Leon Baloqun, 5. Uilyam Trost-Ekonq, 2. Brayan İdovu, 4. Vilfrid Ndidi, 12. Abdullahi Şeku, 10. Con Obi Mikel (k), 11. Viktor Mozes, 16. Daniel Akpeyi, 8. Oqenekaro Etebo, 9. Odion İqalo Ehtiyat oyunçular: 1. Ezenva İkeçukvu, 3. Elderson Eçicile, 7. Ahmad Musa, 13. Simeon Nvankvo, 14. Keleçi İhenaçço, 15. Joel Obi, 17. Oqenyi Onazi, 18. Aleks İvobi, 19. Con Oqu, 20. Çidozi Avazyem Kollins, 21. Tiron Ebuehii, 22. Kennet Omeruo/Baş məşqçi: Gernot Ror.xeber100.com

İyun 17, 2018 15:48

DÇ-2018-də növbəti oyunlar keçirilib

Bu gün DÇ-2018-də növbəti oyunlar keçirilib.Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutacaq 4 oyunla C və D qrupunda ilk tura yekun vurulacaq.İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülərindən biri hesab olunan fransızlar mundialın favoritlərindən hesab olunurlar. Didye Deşamın komandası Avstraliya qarşısında turnirə uğurlu başlanğıc eləmək istəyir. Bunun üçün qələbə şərtdir.Ardınca Argentina və İslandiya münasibətlərinə aydınlıq gətirəcəklər. AÇ-2016-dakı çıxışı ilə hər kəsi təəccübləndirən və yaxşı formada olan avropalılarla daimi favorit cənubi amerikalıların dueli maraqlı mübarizə vəd edir. Messi və dostlarının hədəfi çempionluqdusa, bu görüşdən mütləq 3 xalla ayrılmalıdırlar.Peru – Danimarka matçının da maraqlı keçəcəyi gözlənilir. Sərt futbol oynayan danimarkalıların əsasən texnikalı və pasa söykənən çıxışı ilə parlayan Peru qarşısında nə edəcəyi maraqlıdır.Günə Xorvatiya – Nigeriya görüşü ilə yekun vurulacaq. “Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.xeber100.com

İyun 16, 2018 22:41

Milli Atçılıq Festivalı çərçivəsində Dünya Kubokuna start verilib

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində sonuncu yarışa – polo üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışa ölkəmizlə yanaşı, Hindistan, Almaniya və İrlandiya klubları qatılıblar.3 gün davam edəcək turnirdə “Elite Horse & Polo Club” (“PaşaBank”), “İndian Polo & Riding Club New Delhi” (“Bot”, Hindistan), “Polo Club Wicklow” (“Palladium”, İrlandiya) və “Rhein Polo Club Düsseldorf” (“Altun 97”, Almaniya) komandaları mübarizə aparır.Bakıda VI dəfə keçirilən Dünya Kubokunun açılış oyununda “Elite Horse & Polo Club” (“PaşaBank”) və “İndian Polo & Riding Club New Delhi” (“Bot”) qüvvəsini sınayıb.Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ilk gününə “Polo Club Wicklow” (“Palladium”) və “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) qarşılaşması ilə yekun vurulub. Matç almanların 8:5 hesablı qələbəsi ilə bitib. Sabah ilk oyunda “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) və “İndian Polo & Riding Club New Delhi” (“Bot”) mübarizə aparacaq. İkinci qarşılaşma isə “Elite Horse & Polo Club” (“PaşaBank”) və “Polo Club Wicklow” (“Palladium”) arasında baş tutacaq.Festivalın və VI dəfə keçiriləcək Dünya Kubokunun sonuncu günü – iyunun 17-də mükafatçıların adlarına aydınlıq gələcək. Öncə 3-cü yerin sahibi bilinəcək. Ardınca isə final görüşü olacaq. Qeyd edək ki, iyunun 2-dən başlayan və 4 müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalında bunadək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub.xeber100.com

İyun 15, 2018 21:55

Futbol üzrə XXI dünya çempionatına start veriləcək

İyunun 14-də Moskvada futbol üzrə XXI dünya çempionatına start veriləcək.Azərtac xəbər verir ki, izləyici sayına görə Olimpiya Oyunları ilə yanaşı, ən böyük iki yarışdan biri olan XXI dünya çempionatına planetin bütün bölgələrindən 3,5 milyard tamaşaçının baxacağı gözlənilir.Dünyanın ən nüfuzlu idman yarışı Bakı vaxtı ilə saat 18:30-da möhtəşəm açılış mərasimi ilə başlayacaq. Açılış mərasimi və ilk oyun Moskvadakı 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək. Çempionatın açılış mərasiminin şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo iştirak edəcəklər.Açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar: “A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay; “B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran; “C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka; “D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya; “E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya; “F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası “G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə; “H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya. Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.xeber100.com  

İyun 14, 2018 12:37