Suyun verilməsində məhdudiyyətlər olacaq

10 Aprel 2019 11:45

Xəbər 38 dəfə oxunub

Bakının bu rayonunda suyun verilişində məhdudiyyətlər olacaq.“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar aprelin 10-da gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.xeber100.com

Reklam

Rusiyadan Azərbaycana gələn turist sayı açıqlandı

"Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox turist gəlib".Milli.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.F.Nağıyevin sözlərinə görə, Rusiyadan Azərbaycana turistləri cəlb etmək üçün tək bu ölkənin mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.Agentlik sədri qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. 2018-ci ilin dekabrından Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.F.Nağıyev Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən "Formula 1", UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.xeber100.com

Aprel 24, 2019 20:33

“Azərişıq” ASC-nin məlumatına görə…

“Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən aprelin 26-28-də Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin ediləcək.“Azərişıq”dan Azərtac-a bildirilib ki, yarışların keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə təşkilati və texniki tədbirlər görülərək hər iki ASC-nin mərkəzi aparatı və Regional Elektrik Təchizatı və Satış İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb.Yarışların keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.Texniki direktorluqlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarələrində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, yarışların keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılıb, elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.xeber100.com

Aprel 23, 2019 13:11