Təhlükəsizlik məsələləri ABŞ Konqresində müzakirə ediləcək

11 Mart 2018 13:04

Xəbər 181 dəfə oxunub

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Brüsselə rəsmi səfərini başa çatdıraraq, ABŞ-a səfərə yola düşüb.“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.“Gürcüstanın milli təhlükəsizlik məsələləri səfərin əsas məqsədidir. Bir neçə tədbir nəzərdə tutulub. Onlardan biri – regional təhlükəsizlik məsələləri və ölkə qarşısında duran çağırışların ABŞ Konqresində müzakirəsi. Prezident ABŞ Senatında da analoji çıxışlar edəcək”, – deyə David Rakviaşvili bildirib.Onun sözlərinə görə, səfər çərçivəsində bir neçə mühümlər keçiriləcək, universitetlərdə çıxışlar da nəzərdə tutulub.xeber100.com

Reklam