Təmas xəttində nisbi sakitlik müşahidə olunub

23 İyun 2019 18:12

Xəbər 42 dəfə oxunub

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.xeber100.com

Xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilib

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclası keçirilib.Azərtac xəbər verir ki, iclasa sədrlik edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu cür tədbirlər xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki dünyada getdikcə artan problemlərin öhdəsindən ancaq birlikdə gələ bilərik. Artıq ölkələrimiz beynəlxalq təşkilatlarda vahid komanda şəklində iştirak edirlər. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolu bizim üçün yol xəritəsidir.Səməd Seyidov diqqətə çatdırıb ki, Milli Məclisdə dünyanın 70-dən çox parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. Türkiyə və Gürcüstanla parlament dostluq qrupu onların içərisində ən böyük qruplardandır.Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanım Sofio Katsarava bildirib ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Sofio Katsarava bildirib ki, bizim ölkələr Avropa və Asiya arasında körpü rolunu oynayır. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulmuş sahələrin sayının artırılması vacibdir.Xanım deputat diqqətə çatdırıb ki, Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək fikrindədir. Bunun üçün də parlament diplomatiyasının imkanlarından istifadə olunmalıdır.Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır bildirib ki, regionda və dünyada sabitlik üçün bu üç ölkənin münasibətləri digər ölkələrə çağırış mesajıdır. Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına maneə törədir. Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə inanır.Sonra çıxış edən hər üç ölkənin deputatları Sevinc Fətəliyeva, Zviad Dzidziquri, Ahmet Yılmaz, Sahibə Qafarova, Cavanşir Feyziyev, Yunus Emre, Tahir Mirkişili və başqaları belə birgə iclasların əhəmiyyətindən danışıblar.xeber100.com

İyul 15, 2019 19:07

ATƏT Parlament Assambleyasının illik sessiyası işini başa çatdırıb

Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işini başa çatdırıb. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrindən 300-ə yaxın parlamentari iştirak edirdi.Azərtac-ın xəbər verdiyi kimi, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edirdi.Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilmişdi.Azərbaycan nümayəndə heyətinin uğurlu işi və çıxışlarda inandırıcı dəlillər gətirməsi nəticəsində Ermənistan nümayəndə heyəti tərəfindən təklif edilən və ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ATƏT PA tərəfindən qeyd-şərtsiz dəstəklənən ölkələr sırasından Azərbaycanı çıxarmaq məqsədi güdən düzəlişlər rədd edildi. Dörd dövlətin hamısının – Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın adları birgə çəkildi və bu ölkələrin ərazi bütövlüyü “paket şəklində”, ikili standartlar tətbiq edilmədən dəstəkləndi.Parlament Assambleyasının işinin yekunlarına əsasən Lüksemburq Bəyannaməsi qəbul edildi. Sənəddə Azərbaycanın mövqeyi öz əksini tapıb.xeber100.com

İyul 8, 2019 18:33

Atət Parlament Assambleyasının iclası davam edir

Bu gün Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. Xatırladaq ki, dünən, Komitə iclasının açılışı günündə irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunulub. Təklif olunmuş yekun qətnaməyə düzəlişlər Ermənistan və Azərbaycan nümayəndələri arasında kəskin debatlara səbəb olub.Qətnamədə Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam hörmət etməklə ümumi və davamlı sülhə nail olmaq üçün mövcud formatlar çərçivəsində və qeyd-şərtsiz nəticələr əldə edilməsinə yönəlmiş konstruktiv danışıqları intensivləşdirməyə çağırış təsbit olunub.Ermənistan nümayəndə heyəti qətnamə layihəsində Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün dəstəklənməsindən bəhs edilən 19-cu paraqrafından “Azərbaycan“ sözünün çıxarılmasına cəhd göstərdi, lakin bu cəhd baş tutmadı. Bunun ardınca Ermənistan nümayəndə heyəti həmin dövlətlərin hər birinin adbaad xatırladılmadığı, yalnız Helsinki Yekun Aktının prinsiplərinə istinad olunduğu düzəliş edilməsi yolu ilə “hesabı bərabərləşdirməyə” çalışdı, lakin bu cəhd də uğursuz oldu.Deputatlar Ermənistan nümayəndəsi Hayk Koncoryanın təklif etdiyi düzəlişi, habelə təşəbbüskarlarından biri deputat Tiqran Urixanyan olan növbəti düzəlişi də rədd etdilər və 19-cu paraqraf əvvəlki redaksiyada saxlanıldı. Qətnamənin müəllifi Alan Farrell özü də ermənilərin təklif etdiyi düzəlişlərin əleyhinə səs verdi.Beləliklə, Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, ATƏT PA Komitə iclasında Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və bu dövlətlərin sərhədlərinin toxunulmazlığını növbəti dəfə dəstəklədi.xeber100.com

İyul 6, 2019 16:12