TASS agentliyinin məlumatına görə…

19 May 2018 22:01

Xəbər 79 dəfə oxunub

Kubanın Dövlət Şurası Havana yaxınlığında “Boeing 737”” təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib.TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə “Granma” qəzeti” məlumat verib.“Təyyarə qəzası ilə əlaqədar Kuba Respublikasının Dövlət Şurası mayın 19-u saat 06.00-dan mayın 21-i, saat 00.00-dək ölkədə matəm elan edib”, məlumatda deyilir.“Cubana de Aviacion” aviaşirkətinin Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. Qəza nəticəsində 103 sərnişin və 5 ekipaj üzvü ölüb.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18