TASS informasiya agentliyinin məlumatı

27 Aprel 2018 14:08

Xəbər 185 dəfə oxunub

Koreya Respublikasının Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In hər iki ölkənin ümumi məqsədinin Koreya yarımadasının nüvəsizləşdirilməsi olduğunu deyiblər.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə sammitin yekunlarına əsasən aprelin 27-də yayımlanan müştərək bəyannamədə bildirilir. “Cənub və Şimal yarımadanın nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün aktiv fəaliyyət aparmaq barədə razılığa gəlib”, – deyə sənəddə vurğulanır.Həmçinin qeyd olunur ki, Cənubi Koreya və KXDR bir-birilərinə qarşı bütün düşmənçilik fəaliyyətlərini dayandırır və yüksək səviyyəli aktiv dialoqu davam etdirir.Hər iki ölkənin hərbçiləri müdafiə qurumları səviyyəsində daimi əlaqə yaratmaq barədə razılaşıblar. Bundan başqa, Kesonda müştərək operativ əlaqə məntəqəsi də yaradılacaq.Bəyannaməyə əsasən, ölkələr koreyalı ailələrin birləşməsi probleminin də daxil olduğu humanitar məsələləri həll etmək barədə saziş imzalayıb. Eyni zamanda, KXDR və Cənubi Koreya dəmir yolu xətlərinin birləşdirilməsi üzrə işlərə başlamağa razılıq verib.Cənub və Şimal perspektivdə sülh sazişi imzalamaq niyyətindədir. “Cənubi Koreya və KXDR, nəhayət ki, 1953-cü ildən bəri davam edən atəşkəsin sona çatmasını və onun sülh sazişinə çevrilməsini elan edir. Bu məqsədlə Cənubi Koreya, KXDR və ABŞ möhkəm sülh sisteminin bərqərar olması üçün üçtərəfli və ya dördtərəfli sammitlər keçirməlidir”, – deyə sənəddə qeyd olunur.KİV-lərin məlumatına görə, liderlər birgə bəyannaməni imzaladıqdan sonra qucaqlaşıblar.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17