“The Korea Times” qəzeti yazır…

1 May 2018 16:01

Xəbər 238 dəfə oxunub

Cənubi Koreyada süpürgəçi İnçhon şəhərinin beynəlxalq aeroportundakı zibil qutusunda 350 milyon von (təxminən 327 min ABŞ dolları) dəyərində qızıl külçələr tapıb.“The Korea Times” qəzetinin polisə istinadla yaydığı məlumata əsasən, qızılın sahibi müəyyən edilməyib. O, yaxın 6 ay ərzində üzə çıxmazsa, süpürgəçi bu sərvətin rəsmi sahibi olacaq.Əgər qızılın yiyəsi məlum olsa belə, tapıntının bazar dəyərinin 20 faizi süpürgəçiyə veriləcək. Lakin qızıl külçələr hər hansı cinayətlə bağlı olduğu halda, ona heç nə çatmayacaq.xeber100.com

Reklam