“Times Higher Education” jurnalının açıqlamasında…

1 Oktyabr 2018 14:24

Xəbər 140 dəfə oxunub

İngiltərənin “Times Higher Education” jurnalı dünyanın ən yaxşı universitetlərinin adını açıqlayıb. Sıralamaya 500 universitet daxildir.Siyahı hazırlanarkən təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlirləri və ötən ilki siyahıda sıralaması nəzərə alınıb.Siyahıda Böyük Britaniya, ABŞ və Yaponiyadan sonra ən çox ali təhsil müəssisəsi olan Çin yer alıb. Ümumilikdə siyahıya Çindən 72 universitet daxil edilib.Sıralamada 1-ci yeri İngiltərənin Oksford Universiteti tutur. Universitet 3 ildir ki, birinci yerdədir.İlk dəfə siyahıya İraqın ən böyük ali təhsil müəssisəsi olan Bağdad Universiteti də daxil edilib. Türkiyədən isə siyahıda Sabancı və Koç universiteti yer ala bilib.xeber100.com

 

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23