“Trans-Adriatik” boru kəmərinin inşası çərçivəsində

30 Noyabr 2018 15:24

Xəbər 90 dəfə oxunub

Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniya marşrutunun 85 faizdən çoxunda torpaq örtüyü tamamilə əvvəlki vəziyyətinə gətirilib.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 650 kilometrində torpaq örtüyü tamamilə bərpa olunub.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub. Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq.TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və bu vaxtadək 3,2 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.xeber100.com

Reklam

“QAZ” avtomobillərinin ixrac olunması planlaşdırılır

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunacaq "QAZ" avtomobillərinin İran, Gürcüstan və Türkiyəyə ixrac olunması planlaşdırılır.Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.O qeyd edib ki, Hacıqabul Sənaye Məhəlləsində "QAZ" avtomobil zavodunun tikintisi layihəsi Azərbaycanla Rusiya arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir.Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.xeber100.com

Fevral 9, 2019 20:41

“AzerGold” QSC 2018-ci ilin yekunlarına həsr olunan iclas keçirib

"AzerGold" QSC-nin baş ofisində 2018-ci ilin yekunlarına həsr olunan geniş tərkibli iclas keçirilib. İclası giriş sözü ilə açan "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı haqqında geniş söhbət açıb. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin ölkə ərazisində fəaliyyət göstərən hər bir müəssisənin inkişafı üçün münbit şərait yaratdığını bildirən sədr 2018-ci ilin ölkəmiz kimi, "AzerGold" QSC üçün də uğurlu olduğunu vurğulayıb. Ötən il QSC tərəfindən Çovdar yatağından 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib ki, bu da 2018-ci il üçün müəyyən olunan hasilat planını üstələyərək 2017-ci il qızıl hasilatı üzrə göstəricilərdən 34 faiz, gümüş hasilatı üzrə göstəricilərdən 53 faiz çoxdur.Hazırda "AzerGold" QSC Çovdar yatağında hasilat işlərini uğurla davam etdirir. Bu yatağın uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 milyon 523 min 220 manat vergi ödənilib. Bu il, Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, Filizçay yatağında, Ağyoxuş və Tülallar qızıl təzahürləri sahələrində, Ortakənd-Xanağa sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır.xeber100.com

Fevral 1, 2019 12:52

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə…

Ötən il dekabrın 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək.QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı yeniliklər bu il fevralın 4-dən etibarən həyata keçiriləcək.Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif və biznes vaqonlarda yemək, sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz qalacaq.xeber100.com

Yanvar 31, 2019 13:30