Türkiyə Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib

2 Aprel 2016 20:19

Xəbər 1397 dəfə oxunub

Türkiyə və Azərbaycanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, həmçinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonla müzakirə edib. Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb, Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

Reklam

Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Yanvarın 17-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iki ölkənin dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, münasibətlərimizin hazırkı səviyyəyə çatmasında hər iki ölkənin prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərini xüsusi vurğulayıb.Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır da Türkiyə-Azərbaycan münasibətlərinin sürətli inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən söz açıb. Qeyd edib ki, TANAP, TAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın uğurlarıdır. 2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir, bu il də müxtəlif tədbirlər, layihələr həyata keçiriləcək.Qonaq bir neçə gündən sonra Azərbaycanda qeyd olunacaq 20 Yanvar faciəsi barədə də danışıb. Azərbaycanın həmin faciə zamanı çoxsaylı şəhid verdiyini deyən Volkan Bozkır azadlıq, müstəqillik yolunda canlarından keçən insanlara görə Azərbaycan xalqına başsağlığı verib. O, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inandığını deyib, bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.xeber100.com

Yanvar 17, 2018 12:33

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

zərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə ediblər.Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əməkdaşlığın tarixi və rəmzi köklərə əsaslandığını bildirən nazir Elmar Məmmədyarov 2018-ci ildə 100 illiyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 50-ə yaxın azərbaycanlı tələbənin Fransanın müxtəlif elm ocaqlarında təhsil aldığını diqqətə çatdırıb. Bu xüsusda, tələbələrin Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində müxtəlif ixtisaslara, o cümlədən gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. ixtisaslara yiyələndiklərini əlavə edib.Nazirlər, həmçinin qarşılıqlı olaraq dil və mədəniyyətin tədrisində uğurlu təcrübənin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun tədris proqramlarına Azərbaycan dilinin əlavə edilməsi, Bakı Fransız Liseyinin açılması, Azərbaycanda fransız dilinin tədrisinin genişlənməsinin təqdirəlayiq olduğu bildirilib.xeber100.com  

Yanvar 16, 2018 15:55

İslam Əməkdaşlıq Təşkilatının 13-cü sessiyası çərçivəsində

Tehranda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyası çərçivəsində siyasi məsələlər və xarici əlaqələr, iqtisadi əlaqələr və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlərarası dialoq üzrə daimi ixtisaslaşmış komitələrin toplantıları keçirilib.Azərtaac xəbər verir ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin də iştirak etdiyi toplantılarda qətnamə layihələri və hesabatlar müzakirə olunub.Siyasi məsələlər və xarici əlaqələr komitəsinin iclasının gündəliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də salınıb. Toplantının sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi yekdilliklə qəbul olunub. Parlamentarilərin ölkəmizlə bağlı qəbul etdiyi digər sənəd Xocalı soyqırımı qurbanlarının xatirəsinə dair qətnamə layihəsi olub. Hər iki sənəd İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 13-cü sessiyasına təqdim olunub.İclaslarda miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlər müzakirə edilib.Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları məsələsini qaldırıb. Toplantılarda parlamentarilər Azərbaycandakı tolerantlıqdan da bəhs ediblər. Müxtəlif ölkələrdən olan parlamentarilər bildiriblər ki, Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunədir.xeber100.com  

Yanvar 15, 2018 15:53

Atəşkəs rejimi 131 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Yanvar 12, 2018 15:44

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Yanvar 10, 2018 13:49

Atəşkəs rejimi 125 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

Yanvar 8, 2018 15:38