Türkiyə parlamenti ABŞ-ın sanksiya qərarına etiraz edib

2 Avqust 2018 12:59

Xəbər 72 dəfə oxunub

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Millətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ Maliyyə Nazirliyinin qəbul etdiyi sanksiya barədə qərara qarşı birgə etiraz açıqlaması yayıb.Azərtac xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi də məsələyə etiraz münasibətini kəskin şəkildə ifadə edib.Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə rahib Andru Kreyq Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi barədə ifadələri qardaş ölkədə kəskin etiraza səbəb olub. Bunun ardından ABŞ Maliyyə Nazirliyinin Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq etmək barədə qəbul etdiyi qərar iki ölkə arasında gərginliyi daha da artırıb. Hazırda ev dustağı olan Andru Kreyq Brunson Türkiyədə terroru dəstəkləmək, FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıq etmək və s. qanunazidd əməllərdə təqsirli bilinir.xeber100.com

Reklam

İkitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi BMT Baş Assambleyasının iclası çərçivəsində görüş zamanı iki ölkənin strateji tərəfdaşlığı və müxtəlif sahələrdə əməkdaşlığı məsələlərini müzakirə ediblər.Azərtac Misirin dövlət başçısının dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radiyə istinadla xəbər verir ki, prezidentlər həmin görüşdə Yaxın Şərq məsələlərinə və onların həllinə dair səyləri əlaqələndirməyə çalışdıqlarını bildiriblər. Tərəflər terrorizmə qarşı mübarizə məsələsinə də toxunublar. ABŞ Prezidenti Misirin bu bəlaya qarşı mübarizədə böyük səylərini yüksək qiymətləndirərək, bu mübarizədə Misiri ABŞ-ın mühüm tərəfdaşı adlandırıb və ABŞ-ın Misiri tamamilə dəstəklədiyini vurğulayıb.Misir Prezidenti də öz növbəsində, terrorizmə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlığı davam etdirməyin zəruri olduğunu bildirib. O qeyd edib ki, Yaxın Şərq regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün Misir və ABŞ arasında strateji tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir.B.Radi onu da vurğulayıb ki, iki ölkənin liderləri iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər və ABŞ Prezidenti Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib. Tramp qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin və Amerika şirkətləri tərəfindən Misir iqtisadiyyatına investisiyaların artırılması ABŞ-ın maraqlarına uyğundur.xeber100.com

Sentyabr 25, 2018 11:53

“Türk axını” qaz boru kəmərinin inşası tamamlanıb

“Türk axını” qaz boru kəmərinin (“TurkStream”) ikinci xəttinin inşası tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, Rusiyanın xüsusi iqtisadi zonasında “TurkStream”in ikinci xətti tikintisi yekunlaşıb. İndiyə qədər iki xətt üzrə 1520 kilometrdən çox boru döşənib, yəni “TurkStream”in dəniz hissəsinin 80 faizi tamamlanıb.Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.Türkiyədəki təbii qaz qəbulu terminalı İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.“TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək.Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 930 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.xeber100.com

Sentyabr 7, 2018 15:13