Türkiyə Superliqasının 33-cü turunun sonuncu oyununda

15 May 2018 13:14

Xəbər 87 dəfə oxunub

Futbol üzrə Türkiyə Superliqasının 33-cü turunun sonuncu oyununda “Fənərbağça” səfərdə “Karabükspor” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Fənərbağça” çempionluq uğrunda mübarizədə böyük əhəmiyyət kəsb edən vacib üç xalı rəqib qapısından keçirdiyi 7 cavabsız qol sayəsində təmin edib. Matç İstanbul təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.“Fənərbağça” matçın ikinci dəqiqəsində hesabı açıb. Meydan sahiblərinin heyətində Anton Kravçenko topu öz qapısına vurub – 1:0. Görüşün 20-ci və 29-cu dəqiqələrində “Fənərbağça”nın futbolçusu Fernandao dubla imza atıb. 38-ci dəqiqədə Aatif Çaheçoue hesab arasındakı fərqi artırıb – 4:0. İlk hissə bu hesabla başa çatıb.Fasilədən sonra “Fənərbağça” daha üç qol vuraraq “Karabükspor”un darmadağınını rəsmiləşdirib. Oyunun 47-ci dəqiqəsində Roberto Soldado, 77-ci dəqiqədə Nabil Dirar, 90-cı dəqiqədə isə Vinsent Yanssen adlarını tabloya yazdırıblar – 7:0.Bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 69-a çatdıraraq ikinci pillədəki yerini qoruyub. Çempionatın lideri “Qalatasaray” ilə “Fənərbağça”nın arasında üç xallıq fərq var. “Fənərbağça” ilə eyni xala malik “Başakşəhər” üçüncü, hesabında 68 xal olan “Beşiktaş” dördüncüdür.Tur çərçivəsində ötən gün keçirilmiş digər görüşdə “Beşiktaş” komandası səfərdə “Osmanlıspor”u 3:2 hesabı ilə məğlub edib.Türkiyə Superliqasının sonuncu – 34-cü turu gələn həftə oynanılacaq və çempion müəyyənləşəcək. “Beşiktaş” komandasının çempion olmaq şansı qalmayıb. Çempionluğun bir addımlığında olan “Qalatasaray”la yanaşı, “Fənərbağça” və “Başakşehir”in də Superliqada ilk sırada olmaq şansları davam edir.Mayın 20-də keçiriləcək və maraqla gözlənilən qarşılaşmalardan “Qalatasaray” səfərdə “Göztəpə”, “Fənərbağça” doğma meydanda “Konyaspor” ilə üz-üzə gələcək. “Başakşəhər” isə “Kasımpaşa”nı qəbul edəcək.xeber100.com

Reklam

Kosovo yığması ilə qarşılaşacaq milli komandanın heyəti açıqlanıb

Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, üç gün sonra isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətə Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev(“Səbail”), Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev(“Sumqayıt”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna), Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev(“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya), Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya) və Ruslan Qurbanov (“Səbail”) dəvət olunublar.Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.xeber100.com

Noyabr 12, 2018 11:51

UEFA Millətlər Liqasında növbəti oyunun heyəti açıqlanıb

Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Malta qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.Milli.az xəbər verir ki, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü hücumçudur.Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik") Müdafiəçilər: Atli Qreqersen ("Vikinqur"), Odmar Feryo ("B-36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan Roy Davidsen ("Torshavn"), Sonni Raqnar Nattestad ("Horsens", Danimarka), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka), Qunnar Vatnhamar ("Vikinqur"), Maqnus Egilsson ("Torshavn") Yarımmüdafiəçilər: Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Rolantsson Sörensen ("Brann", Norveç), Rene Şaki Yensen ("Qrindavik", İslandiya), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Brüne", Norveç), Arni Frederiksberb ("NSİ Runavik"), Yohannes Byartalid ("Klaksvik"), Sölvi Vatnhamar ("Vikinqur") Hücumçular: Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya), Klemint Andrasson Olsen ("NSİ Runavik"), Yakub Tomsen ("Hafnarfyordur", İslandiya) Torshavnda Azərbaycan millisinin 3:0 hesabı ilə qalib gəldiyi ilk görüşlə müqayisədə Olsen 4 yeni oyunçuya - Frederiksberb, Byartalid, Vatnhamar və Tomsenə dəvət göndərib.Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə Farer adaları Maltanın qonağı olacaq.xeber100.com

Noyabr 10, 2018 17:40