Türkiyə Superliqasının XXVII turunun son oyununda

9 Aprel 2019 12:46

Xəbər 71 dəfə oxunub

Aprelin 8-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun son oyununda “Beşiktaş” səfərdə “Rizəspor”un qonağı olub.Azərtac xəbər verir ki, “Caykur Didi” stadionunda baş tutan görüşün 8-ci dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Domaqoy Vida hesabı açıb. Qonaqlar yenidən 14-cü dəqiqədə Adem Lyayiçin vurduğu qol sayəsində fərqi ikiyə çatdırıblar. Meydan sahibləri 42-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıblar. Vedat Muriqi qüvvətli zərbə ilə topu qapıdan keçirə bilib. Lakin Burak Yılmaz 64-cü dəqiqədə vurduğu qolla yenidən meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib. Meydan sahibləri Məhəmməd Aberhoun 70-ci dəqiqədə vurduğu qolla yenidən hesab arasındakı fərqi minimuma endiriblər. Lakin qonaqlar bir dəqiqə sonra Güvən Yalçının vurduğu qol sayəsində yenidən hesab arasındakı fərqi ikiyə çatdırıblar.Adem Lyayiç 78-ci dəqiqədə özünün ikinci komandasının beşinci qolunu vurub. Güvən Yalçın isə 82-ci və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində öz het-trikini rəsmiləşdirib. Beləliklə, “Beşiktaş” səfərdə “Rizəspor”u 7:2 hesabla darmadağın edib.Bu oyunlardan sonra “Beşiktaş” 50 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15