Türkiyədə Milli Suverenlik Günü qeyd olunur

23 Aprel 2018 16:33

Xəbər 122 dəfə oxunub

Türkiyədə 23 aprel – Milli Suverenlik və Uşaqlar Günü təntənəli şəkildə qeyd olunur.Azərtac xəbər verir ki, bu münasibətlə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, təhsil naziri İsmət Yılmaz və digər rəsmi şəxslər Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər. Anıtqəbir önünə əklil qoyulub.Milli Suverenlik və Uşaqlar Günü münasibətilə ölkənin hər yerində bayram şənlikləri, beynəlxalq uşaq festivalları və s. mərasimlər təşkil olunub.Xatırladaq ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Milli Məclisi çağırılıb. 1921-ci ildə həmin gün milli bayram elan olunub, 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18